Topaz Premyer Liqası: 102 çempionat arasında 33-cü yerdədir
3 Fevral 2016 13:59 İdmanUEFA-ya üzv olan ölkələrin müxtəlif liqalarında keçirilən oyunlarda qeydə alınan tamaşaçı sayı ilə bağlı siyahı açıqlanıb. Apasport.az saytının məlumatına görə, "yaz-payız" sistemi ilə keçirilən çempionatlarda 2015 mövsümü, "payız-yaz" sisteminin tətbiq olunduğu liqalarda isə 2015/16 mövsümünün ilk yarısını ilə bağlı araşdırmalar sona çatıb.
Bəzi ölkələrlə bağlı göstəricilərin yer almadığı cədvəldə Avropanın ümumilikdə 102 liqası qərarlaşıb. İngiltərənin 8 liqa ilə təmsil olunduğu siyahıda bəzi ölkələr 2-4, bəziləri isə ancaq yüksək liqa ilə təmsil olunub.
Azərbaycanın da sonuncular kimi yalnız Topaz Premyer Liqası cədvələ daxil edilib. Orta tamaşaçı sayı 2739 göstərilən çempionatımız Avropada 33-cü yerdə qərarlaşıb.
Çempionatımız İngiltərənin gücünə görə 4-cü olan "2-ci liqas"ından da geri qalır. Almaniyanın 3, Şotlandiya, İtaliya, Fransa və Hollandiyanın ilk iki dəstəsi də Premyer Liqamızı arxada qoyur. Əvəzində Premyer Liqamız Serbiya, Xorvatiya, Bolqarıstan kimi ölkələrin yüksək dəstələrini də da geridə qoyub.
Siyahıya isə ənənəvi olaraq, Almaniya Bundesliqası başçılıq edir. İngiltərə Premyer Liqası 2-ci, İspaniya La Liqası 3-cüdü. Maraqlıdı ki, İtaliya və Fransadan da geri qalan Almaniyanın 2-ci Bundesliqası Avropada 6-cıdı və digər ölkələri yüksək dəstələrini də kölgədə qoyur.