"Fenerbahçe Azərbaycan" dövlət qeydiyyatına alınıb

Vergilər Nazirliyi "Fenerbahçe Azərbaycan" MMC-ni dövlət qeydiyyatına alıb. Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, MMC-nin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu Rüstəm Rüstəmov ev 72 D mənzil 80-dir. Cəmiyyətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Həmzəyev Amil İlyas oğludur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31