Ulduz futbolçu prezidenti saymadı
Portuqaliyalı ulduz dostları ilə şəkil çəkərək sosial şəbəkədə paylaşıb
3 Fevral 2016 07:27 İdmanPortuqaliya yığmasının və "Real Madrid" klubunun ulduz futbolçusu Kriştiano Ronaldo klubun prezidenti Florentino Perezin qadağasını pozub.ANS PRESS-in məlumatına görə, komandanın baş məşqçi Zinəddin Zidan və klub prezidenti Florentino Perezin qadağasına baxmayaraq futbolçu Mərakeşə uçub.Portuqaliyalı ulduz dostları ilə şəkil çəkərək sosial şəbəkədə paylaşıb. Ronaldonun tez-tez məşqdən sonra sözügedən ölkəyə kikboksçu dostu, məşhur K-1 döyüşçüsü Badr Harinin yanına getdiyi ilə bağlı xəbərlər yayılıb.Bundan narazı qalan rəhbərlik komandadakı nizam-intizamı qorumaq və klubun imicinə xələl gəlməməsi üçün Ronaldodan Mərakeşə səfər etmək vərdişindən əl çəkməsini tələb edib.Bir müddət öncə İspaniya mətbuatında portuqaliyalının homoseksual olması iddia edilmişdi. Ronaldonun bu səyahətlərinin altında gizli bir niyyət olduğu bildirib.