Messiyə rekord maaş: addımına 58 avro

"Barselona" klubunun argentinalı futbolçusu Lionel Messi yeni müqaviləsi ilə rekord məbləğdə pul qazanacaq. Lent.az xəbər verir ki, argentinalı ulduz ona ildə 39,4 milyon avro qazandıracaq yeni müqavilə ilə dünyada ən çox qazanan futbolçu olacaq. Yeni müqavilə təsdiqləndikdən sonra 90 dəqiqədə təxminən 8 min 211 metr qaçdığı bilinən Messi hər addımına görə 58 avro qazanacaq.

Statistikaya görə, Messinin orta hesabla 1,33 addımı 1 metr edir. Buna görə hər matçda 10 min 921 addım atan Messinin hər addımı yeni müqavilə ilə 58 avroya bərabər olacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31