Güləşçilərimiz İstanbulda 2 bürünc medal qazanıb

İstanbulda Vehbi Emre və Hamit Kaplanın xatirəsinə həsr olunmuş 34-cü beynəlxalq turnir keçirilib. "OLAYLAR"-ın AGF-yə istinadən verdiyi xəbərə görə, Ahmet Cömert Spor Salonunda keçirilən turnirdə 13 ölkədən 300-ə yaxın pəhləvan mübarizə aparıb. Güləşçilərimiz turniri 2 bürünc medalla tamamlayıb. 59 kq-da mübarizə aparan Kərim Cəfərov və 66 kq-da təmsilçimiz İslambek Dadov bürünc medal qazanıb. 80 kq çəkidə güləşçimiz Emin Əhmədov və 98 kq çəki dərəcəsində Orxan Nuriyev bürünc medal uğrunda görüşdə uduzub və turniri 5-ci sırada tamamlayıb. Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31