Cüdoçularımız Sofiyada qüvvələrini sınayırlar
1 Fevral 2016 11:59 İdmanBolqarıstanın paytaxtı Sofiya şəhərində cüdo üzrə keçirilən Avropa Kubokunun 1-ci yarış günü idmançılarımız 1 qızıl, 1 bürünc medala sahib olublar. "OLAYLAR"-ın Gənclər və İdman Nazirliyinə istinadən verdiyi xəbərə görə, qızıl medalı ölkəmizə Elbrus Zamanov (-60 kq), bürünc medalı isə İlkin Babazadə (-66 kq) qazandırıb. Vəlizadə Oruc (-60 kq) və Qurbanlı Aişə (-48 kq) isə yarışı 5-ci pillədə tamamlayıblar. Avropa Kubokunun 2-ci yarış günü idmançılarımız 1 bürünc medal qazanıb. Bürünc medalı komandamıza Tural Səfquluyev (-90 kq) qazandırıb. Alimli Rüstəm və Namazov Ziya (hər ikisi -81 kq) yarışı 7-ci pillədə tamamlayıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31