Fransanın məşhur klubu satışa çıxarılıb

Başlanğıc satış qiyməti 100 milyon avrodur

Fransanın "Marsel" klubu satışa çıxarılıb. "Report"un "France Football"a istinadən verdiyi məlumata görə, klubun sahibəsi Marqarita Lui-Dreyfus alıcı tapmağı Rotşildlərin maliyyə qrupuna həvalə edib. Başlanğıc satış qiyməti 100 milyon avrodur. "Marsel"in Fransa hökuməti tərəfindən həyata keçirilən maliyyə siyasəti səbəbindən maddi problemlərlə üzləşdiyi bildirilir.

Qeyd edək ki, "Marsel" hazırda ölkə çempionatında 22 turdan sonra 30 xalla 8-ci pillədə qərarlaşıb. Klub əvvəllər 10 dəfə Fransa çempionu və kubokunun sahibi, eyni zamanda 1993-cü il Çempionlar Kubokunun qalibi olub.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31