"Çelsi" Çinə görün kimi göndərdi

"Çelsi"nin braziliyalı futbolçusu Santos Ramires karyerasında yeni səhifə açıb. Yarımmüdafiəçi Çinin "Jiangsu Suning" klubuna transfer olunub. Goal.az xəbər verir ki, "zadəganlar" onun satışından 20-25 milyon funt mənfəət əldə edəcəklər. "Çelsi"nin sabiq oyunçusu Dan Petreskunun rəhbərlik etdiyi komanda Çin Superliqasında çempionluğa iddialı kollektivlərdən biridir. 2010-cu ildə "Benfika"dan 18 milyon funta transfer edilən "sambaçı" oktyabr ayında "Çelsi" ilə müqaviləsini 4 il uzatmışdı. Lakin Quus Hiddinkin Mourinyonu əvəzləməsindən sonra start heyətində meydana çıxmayan Ramires başqa klubda özünü sınamaq qərarına gəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31