Nolito əldən çıxır

"Barselona"nın bu qış transfer edə bilmədiyi Nolito üçün Premyer Liqadan təklif gəlib. Goal.az xəbər verir ki, "Liverpul" 29 yaşlı yarımmüdafiəçini 18 milyon avroya heyətə qatmaq məqsədilə "Selta"ya sorğu göndərib. Bu məlbəğ Nolitonun müqavilədə göstərilmiş buraxılış qiymətidir. Onunla maraqlanan digər klub isə "Arsenal"dır.

İspaniyalı futbolçunun cari mövsüm aktivində 8 qol, 5 məhsuldar ötürmə var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31