"Van Qaal İngiltərəyə gələndə bunu nəzərə almalı idi"
28 Yanvar 2016 18:28 İdman"Liverpul"un keçmiş baş məşqçisi Brendan Rocers "Talksport"un bir neçə sualını cavablandırıb. Gənc mütəxəsisin "Mançester Yunayted" və Van Qaal barədə fikirləri xüsusi maraq doğurub. Goal.az xəbər verir ki, o, "qırmızı şeytanlar"ın sükanı arxasına keçmək ehtimalını istisna edib.
"Liverpul"a rəhbərlik edəndə "Yunayted"də işləməyin əldən getdiyini bilməlisən. Lui van Qaalın çox tənqid olunduğunu görürəm. Amma onun qapıya ən azı zərbə endirə bilən futbolçuları komandadan göndərməsi tənqiddən başqa seçim yeri qoymur. Bu şəxs uzun müddət futboldadır. 1995-ci ildə "Ayax"ı qurdu və hamı illərlə bu komandadan danışdı. "Ayax" da topa nəzarət etməyə çalışırdı, bəli. Amma hücum futbolu nümayiş etdirirdi. "Barselona"da işlədiyi zaman da eyni sistemi yaratmışdı. Sonra "Bayer Münxen"ə getdi. Komanda topa daha çox nəzarət etməyə başlasa da, yenə hücumameyilli oynayırdı. Fikrimcə, "manikunianlar"la bağlı bu situasiya futbolçulardan asılıdır. "Mançester Yunayted"in əvvəllər olduğu kimi oyuna həyəcan gətirən futbolçuları varmı? Media dişini bu aspektə keçirib hər gün və hər həftə Van Qaalı tənqid etməkdədir. Onun üçün çətindir. Amma İngiltərəyə gələndə bunu nəzərə almalı idi".
Rocers, həmçinin Luis Suarezin bir zaman "Liverpul"a geri dönməyini real sayıb. Uruqvaylı hücumçu bu yaxınlarda "mersesaydlılar" üçün darıxdığını etiraf etmişdi.
"Məncə, Luis "Liverpul" azarkeşlərinin çoşqusundan ötrü darıxıb. O, Premyer Liqada gedən mübarizəni sevirdi. Suarez "Barselona"da yaxşı çıxış edir. Düşünürəm ki, İngiltərəyə qayıtsa, yalnız 1 klubu seçəcək. Onu Liverpulda çox sevirlər. Azarkeşlər Suarezə heyrandır. Luisin "Barselona"ya keçməsi dünya səviyyəli klubu daha da gücləndirdi. Onun katalonların heyətində qollar vurmağını izləmək insana zövq verir. Amma gələcəyi heç kim bilmir".