Neymar və atası cəzalandırıldılar

San Paulo şəhər məhkəməsi braziliyalı hücumçu Neymar barədə vergidən yayınma maddəsi ilə aparılan araşdırma sonunda qərarını elan edib. Goal.az-a istinadən xəbər verir ki, "sambaçı" və atası 2007, 2008-ci ildə vergi öhdəliklərini yerinə yetirmədiyindən 100 min avro cərimələnib. Həmin vaxt futbolçu hələ "Santos"un şərəfini qoruyurdu. Neymar və atası bu qərardan apellyasiya şikayəti təqdim edib. Onlar iddia ediblər ki, vergi orqanlarından gizlədilən vəsait gəlir kimi qəbul edilə bilməz. Çünki bu pullar bilavasitə Neymara deyil, "NR Deportes" şirkətinə ödənilib.Amma hakim Bruno Sezar de Kunya Teyşeyra bu müraciəti rədd edib. Braziliyalı forvardın adı 2013-cü ildə "Barselona"ya transfer olunan zaman vergidən yayınmaq məsələsi ətrafında da hallanır. İspaniyanın məhkəmə orqanları katalonların o zamankı prezidenti Sandro Rosell və onun köməkçisi Xosep Bartomeunun 13 milyon avro vergini ödəməməkdə ittiham edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31