"Qarabağ" klubu bir futbolçusu ilə yollarını ayırıb
Futbolçu ilə qarşılıqlı razılıq əldə olunub
28 Yanvar 2016 12:15 İdmanAzərbaycan Premyer Liqasında mövsümün ikinci yarısının hazırlıqlarını davam etdirən "Qarabağ" klubu daha bir futbolçusu ilə vidalaşıb. "Report"un klubun saytına istinadən verdiyi məlumata görə, Elvin Məmmədov bundan sonra "Qarabağ"da çıxış etməyəcək.
Ötən ilin yayında transfer olunan 28 yaşlı yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.
Qeyd edək ki, "Qarabağ" buna qədər Vladimir Dmitrovski, Raydell Pupon, Çumbinyo ilə yollarını ayırıb və Eltun Yaqublu, Vüqar Mustafayev və Namiq Ələsgərovu icarəyə verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31