"Barsa"nın son təklifi də rədd edildi
27 Yanvar 2016 15:04 İdman"Barselona"nın qışda Nolitonu transfer etmək planı baş tutmadı. Goal.az xəbər verir ki, "Selta" katalonların 29 yaşlı yarımmüdafiəçini icarəyə götürməklə bağlı son təklifini də rədd edib. Nolito doğma klubuna qayıtmağa şifahi razılıq versə də, "Barsa"nın şərtləri Qalisiya təmsilçisini qane etməyib. Nolitonun buraxılış qiyməti müqavilədə 18 milyon avro göstərilib.
Danışıqların nəticəsiz yekunlaşmasına baxmayaraq iki klub arasında yaxşı münasibət qalmaqdadır. Ehtimal olunur ki, "Barselona" yayda yenidən Nolitonun transfer məsələsinə qayıtsın.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31