"Yeni Messi"

"Palermo"nun prezidenti Maurisio Zamparini Paulo Dibalanı futbol dünyasının "yeni Messi"si hesab edir. Goal.az-a istinadən xəbər verir ki, Zamparini argentinalı hücumçu barədə bunları deyib: "Onu 32 milyona satdım. Əlavə 8 milyon bonuslarla qazandıq. Dibalanı bu qiymətə satanda insanlar səs-küy saldı. İndi hamı "Yuventus"un prezidenti Marottanı fenomen hesab edir. Dibala 100 milyona dəyər. O, gənc Messidir". "Palermo"nun prezidenti Dibalanın transferindən 15 milyon avronu müqaviləyə görə onun ilk klubu "İnsituto"ya ödəməlidir. "Fikrimcə, bu, Cənubi Amerikadan olan agentləri həbs etmək lazımdır. FİFA bu tipli müqavilələri rədd edir. İnsanın haqlarına bu cür sahiblənmək olmaz" - Zamparini əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31