Yoldaşlıq oyununda kütləvi dava

Argentinanın 2 əzəli klubu - "Boka Xuniors" və "River Pleyt" arasında dünən keçirilən yoldaşlıq görüşü qalmaqalla yadda qalıb. Lent.az-ın məlumatına görə, əzəli rəqiblərin budəfəki oyunu rəsmi xarakter daşımasa da, yenə prinsipiallığı ilə seçilib. Təsadüfi deyil ki, matçın gedişində meydanda kütləvi dava düşüb. Hər şey "River Pleyt"in müdafiəçisi River Conatan Maydana ilə "Boka Xuniors"un hücumçusu Karlos Tevez arasındakı söz mübahisəsindən sonra başlayıb. Maydananın hərəkətindən sonra  Tevez yıxılaraq, yerdə qalıb. "River"in müdafiəçisi daha sonra rəqibin digər futbolçusunu itələyib. Yalnız ehtiyat oyunçuların və kənar şəxslərin müdaxiləsindən sonra aranı sakitləşdirmək mümkün olub. Referi 90 dəqiqə ərzində 5 futbolçunu qırmızı vərəqə ilə cəzalandırıb.
Qeyd edək ki, qarşılaşma "Boka Xuniors"un 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31