Futbolçunun üç "adaxlı"sı var

Levandovski üçün fantastik təkliflər

Madridin "Real" klubu Robert Levandovskini heyətinə qatmağa israrlıdır.ANS PRESS-in məlumatına görə, İspaniya təmsilçisi "Bavariya"nın hücumçusu üçün fantastik təklif irəli sürüb.Artıq "kral klubu"nun Polşa millisinin üzvünü transfer etmək üçün 98 milyon avro ödəməyə hazır olduğu bildirilir. Levandovskinin "Real"a keçidi rəsmiləşsə, yeni transfer rekordu qırılacaq. Kriştiano Ronaldo "Real"a 94 milyon avro qarşılığında transfer olunmuşdu.Bu arada İngiltərənin "Mançester Yunayted" klubu da Polşa millisinin üzvü Robert Levandovskinin transfer etmək istəyir. Bu transferdən ötəri "qırmızı şeytanlar" hətta fantastik məbləğ ödəməyə hazırdır. Klub bu məqsədlə "Bavariya" rəsmiləri ilə ilkin danışıqlar aparıb. Bu barədə İngiltərə mətbutatı yazıb. Hazırda əla formada olan Levandovskinin xidmətində Madridin "Real" klubu da ciddi maraqlanması almanları düşünməyə məcbur edıb.Futbolçu ilə həmçinin Fransanın PSJ klubu da maraqlanır. Yaxın günlərdə tərəflər arasında danışıqlara start veriləcək. Məhz bundan sonra polşalı futbolçunun gələcək karyerasını harada davam etdirəcəyi bəlli olacaq.

27 yaşlı Robert Levandovski 2014-cü ildən etibarən "Bavariya" klubunda çıxış edir. O, "Bavariya"ya Dortmundun "Borussiya" klubundan transfer olunub. "Bavariya"da keçirdiyi 38 oyunda ümumilikdə 33 qol vurub. Polşalı hücumçu Bundesliqanın 6-cı turu çərçivəsində "Volfsburq"la oyunda 1-ci hissədən sonra meydana çıxıb və o cəmi 9 dəqiqəyə 5 qol vurub. Bu nəticəyə görə Levandovski Ginnesin Rekordlar kitabına ən tez het-trik (3 qol), poker (4 qol) və pentratik (5 qol) edən futbolçu kimi düşüb. O həm də əvəzetmədən sonra bir oyunda 5 qol vuran futbolçu kimi də kitaba daxil olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31