“Qarabağ”ın məşqçisi “xərçəng”ə qalib gəldi
25 Yanvar 2016 18:47 İdman"Qarabağ"ın fiziki hazırlıq üzrə məşqçisi yarımillik fasilədən sonra yenidən komandaya qayıdıb. Publika.az xəbər verir ki, Çakarov Ağdam klubunu yayda tərk etmişdi. Buna səbəb onun xərçəng xəstəliyindən əziyyət çəkməsi idi. Geridə qalan müddət ərzində o, müalicə alırdı. Artıq xəstəlikdən yaxa qurtaran bolqar mütəxəssis yenidən Ağdam klubuna qayıtmağa qərar verib.
Qeyd edək ki, Çakarovun olmadığı dövrdə onun vəzifəsini Ruben Selles yerinə yetirirdi. Hazırda hər iki mütəxəssis komandadadır. Sonda onu da bildirək ki, Çakarov Azərbaycan futbolunda 2007-ci ildən çalışır. Onun ölkəmizdəki ilk iş yeri isə "Bakı" klubu olub. (azerisport.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31