Azərbaycan beynəlxalq turnirdə birinci oldu

İtaliyanın Linyano Sabbyadoro şəhərində yeniyetmə və gənc cüdoçular arasında 21-ci "Alpe Adria" beynəlxalq turniri keçirilib. "OLAYLAR"-ın Gənclər və İdman Nazirliyinə istinadən verdiyi xəbərə görə, müxtəlif ölkələrdən 988 cüdoçunun mübarizə apardığı yarışda Azərbaycan gənclərdən ibarət milli komanda ilə təmsil olunub. Azərbaycan cüdoçuları mötəbər turnirirdə 9 medal qazanıblar. Müxtəlif çəki dərəcələrində 3 cüdoçumuz - Natiq Qurbanlı, Murad Heydərli, Hasil Cəfərov fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. İsmayıl İbrahimov və Samir Ağayev yalnız finalda uduzaraq gümüş medal qazanıblar. Kəramət Hüseynov, Tofiq Məmmədov, Azər Yaqubov və Rüfət Tağızadə yarışda bürünc medala sahib olublar. Azərbaycan ümumi komanda hesabında "Alpe Adria" turnirini birinci yerdə başa vurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31