Yunan-Roma güləşçilərimiz İstanbulda yarışacaq

Yanvarın 30-31-də İstanbulda Vehbi Emre və Hamit Kaplanın xatirəsinə həsr olunmuş 34-cü beynəlxalq turnir keçiriləcək. AGF-dən "OLAYLAR"-a bildirilib ki, Ahmet Cömert Spor Salonunda keçiriləcək turnirdə yunan-Roma güləşi üzrə yığma komandamız da iştirak edəcək. Turnirdə 11 pəhləvanımızın iştirakı gözlənilir. Məşqçilər korpusu qarşıdan gələn yarışlara hazırlıqları yoxlamaq məqsədilə bu dəfə Murad Bazarov, Kərim Cəfərov, Eldəniz Əzizli, Murad Məmmədov (hamısı 59 kq), İslambek Dadov, Rövşən Tağıyev (hər ikisi 66 kq), Emin Əhmədov (80 kq), Sultan İsmayılov (85 kq), Türmən Eyyubov, Orxan Nuriyev (hər ikisi 98 kq) və Oyan Nəzərianiyə (130 kq) şans verəcək. Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31