“İnter”dən istefa verib Gürcüstan millisinə keçdi - Ordan da qovuldu

Kaxaber Sxadadze Gürcüstan milli komandasının baş məşqçi postundan uzaqlaşdırılıb."Qafqazinfo"nun Apasport.az-a istinadən məlumatına görə, bu barədə Gürcüstan Futbol Federasiyasının (GFF) prezidenti Levan Kobiaşvili məlumat verib.Ona yeni müqavilə təklif edilsə də, tərəflər arasında maliyyə məsələsində anlaşmazlıq yaranıb.Sxadadze üçün ödənilən məbləğin çox olduğunu bildirən GFF prezidenti 50%-lik endirim təklifinin rədd edilməsindən sonra baş məşqçi ilə yolları ayırmağı üstün tutub.Qeyd edək ki, Kaxa milli komandada işləmək üçün Bakının "İnter" komandasının baş məşqçi postundan istefa vermişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31