Azərbaycan “Formula 1”ə 150 milyon dollar xərcləyəcək
24 Yanvar 2016 11:16 İdmanİtaliyalı avtoklubun rəhbəri Stiççi Damiani Azərbaycanın Bakıda keçiriləcək "Formula 1" mərhələsinə xərcləyəcəyi məbləği açıqlayıb.
İdman icmalçısı Nazim Hüseynzadənin virtualaz.org- bildirdiyinə görə, Damiani bəyan edib ki, ölkəmiz "F1" rəhbəri Berni Ekklstouna 2016-cı ildən 2018-ci ilədək keçiriləcək 3 yarışa görə 150 milyon dollar ödəyəcək.
Damiani, həmçinin bildirib ki, Ekklsoun İtaliyada keçiriləcək Qran-Pri-yə görə ildə 28 milyon dollar istəyir, lakin İtaliya yalnız 20 milyon dollar ödəməyə hazırdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31