Hafiz Məmmədov klubunu satır
22 Yanvar 2016 11:31 İdmanAzərbaycanlı iş adamı Hafiz Məmmədov sahibi olduğu Fransanın "Lans" klubunu satmağa razılaşıb. Qafqazinfo bildirir ki, klubun prezidenti Jerve Martel növbəti bazarertəsi yeni layihə hazırlayaraq tərəflərə təqdim edəcək. Fransa mətbuatının yazdığına görə, Hafiz Məmmədovun klubu satmasına səbəb Azərbaycanda yaşanan maliyyə böhranıdır. Həmçinin Azərbaycan Bankının fəaliyyətini dayandırması da öz təsirini göstərib. Lakin hazırda bir problem var. Hafiz Məmmədov klubu satmaq üçün Fransa Maliyyə Polisinin razılığını almalıdır. Bunun üçün də sənədlər qaydasında olmalıdır. Məmmədovun klubu satacağı adamın adı açıqlanmasa da, onun azərbaycanlı iş adamının yaxın dostu olduğu bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31