Argentinalı futbolçunun həbsi tələb olunur

Bir illik cəzanın müqabilində Maskeranonun 21 min 600 avro ödəcəyi qeyd olunur

"Barselona"nın təcrübəli futbolçusu Xavier Maskeranoya ağır cəza verilib.ANS PRESS-in məlumatına görə, buna səbəb argentinalı futbolçunun 4 il bundan öncə vergidən yayınmasıdır.Maskerano 2011 - 2012-ci illərdə vergidən yayındığını etiraf edib. Futbolçunun səmimi etirafına görə, ona 1 il həbs cəzası ilə yanaşı, 815 min avro pul cəriməsi də tətbiq olunub. Futbolçu həbs qərarının pul cəriməsi ilə əvəzlənməsini tələb edib və istəyinə nail olub. Buna görə Xavier həbsxanada yatmaqdan canını qurtarıb. Bir illik cəzanın müqabilində Maskeranonun 21 min 600 avro ödəcəyi qeyd olunur.Məsələ burasındadı ki, İspaniya qanunlarına görə, şiddət tətbiq olunmayan və müddəti 2 ildən az olan həbs cəzalarını pul cəriməsi ilə əvəzləmək olur. Maskerano da qanunun bu mərhəmətindən yararlanıb.Qeyd edək ki, Maskerano vergidən yayınmaq üçün 2011-2012-ci illərdə sponsorluq anlaşmasından qazandığı pulları Portuqaliyada bir şirkətin qazancı kimi göstərmişdi. Həmin məbləğin 1,7 milyon avro olduğu bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31