Omokaçi qayıdır

Omokaçi yeni klubunda oynayan məşqçi kimi çalışacaq

Nigeriya millisinin sabiq üzvü Daniel Omokaçi sürpriz qərarı ilə diqqət mərkəzinə düşüb.ANS PRESS-in məlumatına görə, hazırda məşqçi kimi fəaliyyət göstərən 43 yaşlı mütəxəssis karyerasını Finlandiyada davam etdirəcək.O, bu ölkənin 3-cü liqasında çıxış edən "Herkules" klubu ilə anlaşıb. Tərəflər arasında 1 illik sözləşmə imzalanıb. Omokaçi yeni klubunda oynayan məşqçi kimi çalışacaq. Adını futbol tarixinə yazdıran futbolçu ikinci gəncliyini yaşamaq fikrindədir. Çempionlar Kubokunun 1992-ci ildə Çempionlar Liqasına çevirilməsindən sonra turnirin ilk qolunu Daniel Omokaçi vurub. Nigeriyalı futbolçu "Brügge"nin ÇSKA-nı 1:0 hesabı ilə yendiyi matçın 17-ci dəqiqəsində fərqlənib. Turnirin 100-cü qolunu "Barselona"lı Romario, 1000-ci qolunu PSV-nin üzvü Dmitri Xoxlov, 2000-ci qolunu "Boavista"nın futbolçusu Ervin Sançes, 3000-ci qolunu "Yuventus"lu David Trezege, 4000-ci qolunu isə "Liverpul"lu Peter Krouç vurub."Beşiktaş" tərəfdarının sevimlisi, bir vaxtlar Türkiyədə uğurlu karyera qurmuş Amokaçi buna qədər Nigeriya millisində də çalışıb. "Qara Qartallar"ın ilk əcnəbi oyunçularından olan Amokaçi həmçinin ölkəsinin "İfeanyi UBAH" klubunu çalışdırıb. Amokaçi 1996-cı ildən 1999-cu ilə qədər "Beşiktaş"ın formasını geyinib. Bu müddət ərzində 77 oyuna çıxan sabiq forvard 19 qol vurub. "Beşiktaş"dan başqa, "Öküz" ləqəbli sabiq futbolçu Avropada "Brügge" və "Everton" kimi ortabab klubların da şərəfini qoruyub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31