Rusiya II Avropa Oyunlarına ev sahibliyi edə bilər
21 Yanvar 2016 18:08 İdmanRusiya 2019-cu ildə II Avropa Oyunlarına ev sahibliyi edəcək ölkə kimi təsdiq edilə bilər. Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü Aleksandr Kozlovski deyib. Onun sözlərinə görə, bununla bağlı qərar Avropa Olimpiya Komitəsinin mayda İspaniyada keçiriləcək ikinci iclasında verilə bilər.
Qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci ildə Bakıda keçirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31