"Milan"ın hücumçusuna "Borussiya"dan təklif
21 Yanvar 2016 12:21 İdman"Milan"ın hücumçusu Stefan Əl-Şaaravi karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər. Qol.az-a istinadən xəbər verir ki, 23 yaşlı futbolçu "Borussiya"nın maraq dairəsinə düşüb. Dortmund təmsilçisi italiyalı futbolçunun transferi üçün 20 milyon avrosundan keçməyə hazırdır. Əl-Şaaravinin də bu təklifi müsbət qarşıladığı bildirilir.
Qeyd edək ki, cari mövsümün ilk yarısını "Monako"da keçirən Əl-Şaaravi qışda müqavilə ilə məxsus olduğu "Milan"a qayıdıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31