"Trabzonspor" bu baş məşqçiyə tapşırıldı

"Trabzonspor"un yeni baş məşqçisi müəyyənləşib. Komandanın baş məşqçi vəzifəsinə klubun sabiq futbolçusu Hami Mandıralı gətirilib.

47 yaşlı mütəxəssis mövsümün sonuna qədər Trabzon təmsilçisini çalışdıracaq. Şota Arveladzenin istefasından sonra "Trabzonspor" klubu müvəqqəti olaraq Sadi Tekelioğluna tapşırılıb.

Qeyd edək ki, Hami Mandıralı 2013/2014 mövsümündə qısa müddətliyinə "Trabzonspor"u çalışdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31