Klub avtobusuna silahlı basqın: futbolçular soyuldu
21 Yanvar 2016 06:45 İdmanNigeriyanın "Enyimba" klubu silahlı basqına məruz qalıb.ANS PRESS-in məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.Klubun futbolçularını mövsüm öncəsi Kaduna şəhərində qatılacaqları hazırlıq turnirinə aparan avtobus silahlı basqına məruz qalıb. Soyğunçudar avtobusa Koqi əyalətinin Okene şəhərində hücum edib. Oğrular avtobusu dayandıraraq futbolçuların bütün dəyərli əşyalarını əllərindən alıblar."Vurulacağımı sandım. Quldurlar bizə qışqırırdı və hamımızı yerə uzatmışdılar. Silahla başıma vurdular. Təxminən 4-5 dəqiqə davam etdi. Mənim üçün ağır travma oldu" deyə "Enyima"nın futbolçularından İfeanyi Anaemena bildirib.Qeyd edək ki, ötən ilin martında Nigeriyanın "Kano Pillars" klubunun avtobusu silahlı basqına məruz qalmışdı. 5 futbolçunu yaralayan soyğunçular bütün dəyərli əşyaları aparmışdı.