Macarıstan millisi Bakıya gələcək
19 Yanvar 2016 12:32 İdman17 yaşadək qızlardan ibarət Azərbaycan yığması iki yoldaşlıq oyunu keçirəcək. Apasport.az saytının məlumatına görə, millimiz Macarıstanın müvafiq yaş qrupuna aid komandası ilə üz-üzə gələcək. Hər iki matç Bakıda keçiriləcək. Komandalar fevralın 23-də saat 18:00-da, iki gün sonra isə saat 11:00-da qarşılaşacaq. Bu matçlar Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında təşkil olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31