Gənclik veloyürüşü keçiriləcək
19 Yanvar 2016 12:06 İdman2 fevral Azərbaycan gənclər günü ilə əlaqədar "İRƏLİ" İctimai Birliyinin təşkilatçılığı, "Böyük İpək Yolu" Beynəlxalq Gənclər Birliyi, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) tərəfdaşlığı ilə birgə Gənclik Veloyürüşü" keçiriləcək. Bu barədə məlumat "OLAYLAR"-a "İrəli" İctimai Birliyindən daxil olub. Bildirilib ki, velo yürüşün məqsədi gənclərin sağlam həyat tərzinin formalaşmasına dair təbliğatın aparılması, gənclərin asudə vaxtının səmərəli təşkil olunması və günün əhəmiyyətinin onlara aşılanmasına yönəlib. Velo-yürüşə yanvarın 31-də Dövlət Bayraq Meydanından start veriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31