"Qalatasaray" Avropa kuboklarından kənarlaşdırıla bilər

Fevral ayının sonunda Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Türkiyənin "Qalatasaray" klubuna verəcəyi cəzanı açıqlayacaq.

Virtualaz.org saytının Türkiyənin "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, UEFA "Qalatasaray" klubunu maliyyə fair-play qaydalarını yerinə yetirməməkdə günahlandırıb və kluba dair araşdırmanın UEFA Maliyə nəzarəti qurumunda davam etditriləcəyini bildirib.

"Qalatasaray"a veriləcək cəza fevral ayının sonunda məlum olacaq. Mənbənin bildirdiyinə görə, kluba yeni oyunçular cəlb etmək qadağan oluna, ya da cərimə tətbiq edilə bilər. Maksimal cəza növü kimi "Qalatasaray" klubunun Avropa kuboklarında iştirakdan uzaqlaşdırılla biləcəyi də deyilir.

Bununla yanaşı, UEFA eyni səbəb üzündən daha bir neçə kluba qarşı sanksiyalar tətbiq edə bilər. Bunlar İsrailin "Hapoel Tel-Əviv", Polşanın "Rux Xojuv", Rusiyanın "Rostov" və Türkiyənin "Kardemir Karabükspor" komandalarıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31