Messi niyə erkən əvəzləndi?
18 Yanvar 2016 18:12 İdman"Barselona"nın futbolçusu Lionel Messinin İspaniya La Liqasında "Atletik"ə (6:0) qarşı matçda birinci hissə başa çatandan sonra əvəzlənməsinin səbəbi müəyyənləşib. Qol.az xəbər verir ki, argentinalı hücumçu ölkə kubokunda oyun öncəsi lazımınca istirahət etməsi üçün baş məşqçi Luis Enrike onu Arda Turanla əvəzləyib. Bəzi Kataloniya qəzetləri isə Messinin yüngül zədələndiyini və buna görə də oyundan çıxarıldığını yazıb.
Qeyd edək ki, L.Messi əvəzləndikdən sonra ehtiyat oyunçular skamyasında oturmayıb. Onun bu hərəkəti müzakirələrə səbəb olub. O da bildirilib ki, ötən mövsüm "Levante" ilə matçdan indiyə kimi L.Enrike ilə L.Messi arasında heç bir problem yaşanmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31