Taekvondoçularımızdan 2 lisenziya

Taekvondoçularımız Rio-de Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına daha 2 lisenziya qazanıb.  "OLAYLAR"-ın Gənclər və İdman Nazirliyinə istinadən verdiyi xəbərə görə, Türkiyənin İstanbul şəhərində keçirilən Avropa Olimpiya Təsnifat Turnirində iştirak edən Milad Beigi Harçegani (80 kq) və Patimat Abakarova (49 kq) millimizə lisenziyaları qazandırıb.

Qeyd edək ki, yarışın ilk günü Fəridə Əzizova (67 kq) da Rio-2016-ya lisenziya qazandı. Keçən il isə Radik İsayev (+80 kq) də Rio-2016-ya lisenziya qazanmışdı. Beləliklə Azərbaycan yığması taekvondo idmanı üzrə Azərbaycan idmançıları Rio-2016-da 4 nəfərlik heyətlə çıxış edəcək. Qaydalara əsasən taekvondo idmanı üzrə Olimpiadalarda hər bir ölkə maksimum 4 lisenziya əldə edə bilər ki, millimiz də buna nail olub.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31