74 yaşında Olimpiada tarixinə düşə bilər
15 Yanvar 2016 13:55 İdman74 yaşlı yaponiyalı çapar Xirosi Xoketsu bu il Braziliyanın Rio-De-Janeyro şəhərində keçiriləcək Olimpiya Oyunlarında iştirak etməyə iddialıdır. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiya Atçılıq İdmanı Federasiyasının məlumatına görə, Xoketsu yaxınlarda keçiriləcək sonuncu seçim turunda lazımi xalları toplaya bilsə, Olimpiadaya qatılmaq hüququ əldə edəcək. Xirosi Xoketsu ilk dəfə 1964-cü il Yay Olimpiya Oyunlarının at yarışlarına qatılıb. O, 71 yaşında London Olimpiadasında da çıxış etmişdi. Tarxidə ən yaşlı olimpiyaçı isveçli atıcı Oskar Svan hesab olunur. 1920-ci ildə Antverpendə keçirilən Olimpiada zamanı Svenin 72 yaşı var idi. Həmin yarışlarda o, gümüş medal qazanmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31