Güləşçilərimizdən ilk medal

İran İslam Respublikasının paytaxtı Tehranda sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında ənənəvi "Təxti Kuboku" beynəlxalq turniri keçirilir. AGF-dən "OLAYLAR"-a daxil olan məlumata görə, turnirdə həm sərbəst, həm də yunan-Roma güləşi üzrə yığma komandanın üzvləri mübarizə aparır. İlk yarış günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz günü 1 bürünc medalla başa vurub. Yunan-Roma güləşi üzrə yığma komandanın üzvü Sakit Quliyev 59 kq çəki dərəcəsində fəxri kürsüdə yer alıb və turnirin bürünc medalına yiyələnib. Yarışların ikinci günündə 57, 61, 74 və 86 kq çəkidə sərbəst, 71, 75, 80 və 85 kq çəkidə yunan-Roma güləşçiləri mübarizə aparacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31