Futbolçuya Çin və Rusiyadan təklif gəldi
14 Yanvar 2016 18:11 İdman"İnter"in yarımmüdafiəçisi Freddi Quarin karyerasını Çində davam etdirə bilər. Goal.az xəbər verir ki, kolumbiyalı futbolçuya qeyd olunan ölkədən 2 klub təklif göndərib. Quarinə iddia edən klublar "İnter"ə 15 milyon avro, yarımmüdafiəçiyə isə illik 6 milyon məvacib təklif edir. Quarin Rusiyanın "Zenit" və "Spartak" klublarına da maraqlıdır. Moskva təmsilçisi "nerazzuri"dən Quarini mövsümün sonuna kimi icarəyə götürmək istəyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31