Canlı əfsanə vəfat etdi

Dünya ağırlıqqaldırma idmanının canlı əfsanəsi, ikiqat Olimpiya çempionu Leonid Jabotinski bu gün 77 yaşında Ukrayanın Zaporojye şəhərində vəfat edib. Milli.Az UNİAN-a istinadən bildirir ki, məşhur idmançının ölüm səbəbi barədə heç bir rəsmi açıqlama yoxdur. L.Jabotinski dördqat dünya, ikiqat Avropa, beşqat SSRİ çempionu idi. O, superağır çəkidə çıxış edərək 19 dünya rekordu vurmuşdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31