Futbolçunun arvadı buraxıldı (FOTO)
Qadın 6 gün oğrular tərəfindən saxlandıqdan sonra buraxılıb
14 Yanvar 2016 07:13 İdmanHazırda BƏƏ-də təlim-məşq toplanışında olan Rusiyanın "Amkar" klubunun nigeriyalı yarımmüdafiəçisi Feqor Oqudenin oğurlanmış həyat yoldaşı Maimunat sərbəst buraxılıb.
ANS PRESS-in məlumatına görə, Maimunat keçən həftə Delta ştatının Varri şəhərindəki evində oğurlanmışdı. Oyunçunun sözlərinə görə, həyat yoldaşı uşaqları ilə gəzməyə gedibmiş. Məhz həmin vaxt oğrular onu qaçırıblar. Onun başqa şəhərdə tapılmış maşınındakı uşaqlarına isə toxunulmayıb.
Bazar ertəsi Nigeriya KİV-i digər ailələr və gənclər yığmasının mətbuat xidmətinin nümayəndəsi Timi Ebikaqboroya əsasən yazıb ki, Maimunat 6 gün oğrular tərəfindən saxlandıqdan sonra buraxılıb. Ancaq futbolçunun həyat yoldaşına görə onların tələb etdiyi pulu verib-vermədiyi bəlli deyil. Həyat yoldaşına görə, Feqor Oqude Perm klubundan icazə alaraq düşərgəyə gec qayıdacağını bildirib.