"Qəbələ"nin müdafiəçisi Ruslan Abışov Antalya düşərgəsindən Almaniyaya yollanıb. Trend klubun saytına istinadən məlumat verir ki, belində ağrılar hiss edən R.Abışov Almaniyanın Münhen şəhərində həkim müayinəsindən keçəcək. Zədənin nə dərəcədə ciddi olduğu müayinədən sonra bəlli olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31