FİFA-nın baş katibi də vəzifəsindən qovuldu
13 Yanvar 2016 15:03 İdmanBeynəlxalq Futbol Federasiyasının (FİFA) Baş katibi Jerom Valke vəzifəsindən qovulub. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qərar ali futbol qurumunun təcili keçirilən iclasında verilib. Katib funksiyalarını müvəqqəti olaraq Markus Katner icra edəcək. Jerom Valke FİFA-dakı korrupsiya qalmaqalı ilə bağlı 2015-ci ilin sentybarında qurumun etika komissiyası tərəfindən vəzifəsindən 90 gün müddətinə uzaqlaşdırılmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31