“Kəpəz”in daha iki rəqibi müəyyənləşdi

Topaz Premyer Liqasının qış hazırlığı dövründə "Kəpəz"in yoxlama oyunu keçirəcəyi daha iki komandanın adı məlum olub. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "sarı-göylər" ilk yoldaşlıq matçını yanvarın 13-də keçirəcək. Yevlaxda əvəzedicilərlə birlikdə məşq edən komandanın rəqibi öz əvəzediciləri olacaq. Şahin Diniyevin yetirmələrinin əvəzedici heyətlə görüşü saat 16:00-da başlayacaq və Yevlaxdakı təlim-məşq bazasının stadionunda keçiriləcək. "Kəpəz" Bakı toplanışı çərçivəsində isə "Ağsu" ilə qarşılaşacaq. Birinci divizion təmsilçisi ilə görüş yanvarın 26-da olacaq. Qarşılaşmanın keçirilmə yeri və saatı hələlik dəqiqləşməyib.

Qeyd edək ki, bundan öncə Gəncə klubunun yanvarın 23-də "Neftçi" ilə yoxlama matçında üz-üzə gələcəyi müəyyənləşmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31