Azarkeş oyuna daxil oldu, matç dayanmadı
12 Yanvar 2016 07:13 İdmanİngiltərə kubokunda qeyri adi hadisə baş verib.
ANS PRESS-in məlumatına görə, naməlum azarkeş meydana daxil olub, "İstli" klubuna kömək edərək, "Bolton"a qol vurmaq istəyib.
Azarkeşin meydana daxil olmasına baxmayaraq, matçın baş hakimi oyunu dayandırmayıb.
Hakim azarkeşin arxasınca qaçıb, lakin oyunun davam etməsinə işarə edib. Bu qeyri-adi hadisə matçın 76-cı dəqiqəsində baş verib. Həmin vaxt ev sahibi 1:0 hesabı ilə öndə olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31