Daha bir futbolçu "Kəpəz"dən getdi
11 Yanvar 2016 18:35 İdmanYevlaxda təlim-məşq toplanışına start verən "Kəpəz" daha bir futbolçu ilə yollarını ayırıb. Trend klubun saytına istinadən məlumat verir ki, komandanı qarşılıqlı razılıq əsasında ukraynalı legioner Aleksandr Sitnik tərk edib. Xatırladaq ki, cari mövsümdə 17 oyunda meydanda olan hücumçu rəqib qapısından iki qol keçirib. Sitnik "Qəbələ" və "Sumqayıt" ilə səfər oyunlarında fərqlənib.
Qeyd edək ki, Gəncə təmsilçisi daha öncə Murad Ağakişiyev, Məhərrəm Hüseynov, Ziyabil Məmmədov və Rəşad Eyyubovla yollarını ayırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31