Suares diskvalifikasiya edildi
8 Yanvar 2016 18:27 İdman"Barselona"nın forvardı Luis Suares İspaniya Kubokunda iki oyunluq diskvalifikasiya edilib. Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, futbolçu ölkə kubokunun 1/8 final mərhələsində "Espanyol"a qarşı ilk oyundan sonra cəzalandırılıb. Uruqvaylı hücumçu görüşdən sonra soyunub-geyinmə otağına gedərkən davranışına görə cəzalandırılıb. Oyunçunun özü isə bildirib ki, matçın raportunda yazılmış təhqiramiz sözlərdən istifadə etməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31