Cavadov "Sumqayıt"da
8 Yanvar 2016 17:34 İdman"Sumqayıt" klubu futbolçu Vaqif Cavadovu heyətinə qatdığını rəsmən açıqlayıb. Report-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, tərəflər arasında 6 aylıq müqavilə imzalanıb. Futbolçu ilə münasibətlər bu gün rəsmiləşdirilib. 26 yaşlı yarımmüdafiəçi yeni komandasında 70 nömrəli forma ilə çıxış edəcək. 2006-cı ildən Azərbaycan millisinin formasını geyinmiş Cavadov 57 qarşılaşmada meydana çıxıb və rəqib qapılarından 7 top keçirib.
Qeyd edək ki, Vaqif Cavadov karyerası ərzində "Qarabağ", "Bakı", "İnter", Hollandiyanın "Tvente", Rusiyanın "Volqa", Türkiyənin "Qaziantepspor" klublarının şərəfini qoruyub. Onun sonuncu komandası "Qəbələ" olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31