Futbol klubuna məxsus stadionda yanğın baş verib

İmişli rayonunda futbol klubuna məxsus stadionun ərazisində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyndən verilən məlumata görə, nəticədə ümumi sahəsi 240 kv.m olan ikimərtəbəli ofis binasının 1-ci mərtəbəsində hamam otağının taxta üzlüyü 9 kv.m sahədə yanıb. Ofis binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31