"Barselona"nın ulduzunu məhkəməyə çəkirlər
8 Yanvar 2016 18:34 İdmanİspaniya prokurorluğu Neymarı məhkəmədə dindirmək istəyir. Goal.az xəbər verir ki, "Barselona"nın hücumçusu dələduzluq və korrupsiyada ittiham edilir. Eyni ittihamlar futbolçunun atası, həmçinin "Barsa"nın eks və hazırki prezidenti Sandro Rosell və Xosep Bartomeuya qarşı da irəli sürülür. "Santos"un eks-prezidentləri Luis Alvaro de Oliveyra və Odilio Rodriqez də bu siyahıya daxildirlər. Vergi orqanları iddia edir ki, Neymarın 2013-cü ildə "Barselona"ya transferi zamanı "Santos"a ödənilən pulun 40%-ni almalı idi. Ehtimal olunur ki, katalon klubu transferə görə 83.3 milyon avro ödədiyi halda, bunun yalnız 17.1 milyonu vergi fondunun hesabına köçürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31