Mundialın 100 illiyi hansı ölkədə keçiriləcək?
8 Yanvar 2016 18:30 İdmanDÇ-2030-un final mərhələsi Argentina və Uruqvayda keçirilə bilər. Apasport.az xəbər verir ki, Cənubi Amerika ölkələri mundialın birgə təşkili üçün namizədliyini vermək iddiasındadırlar. 14 ildən sonrakı yarış dünya çempionatlarının 100 illik yubileyi kimi əlamətdar olacaq. 1930-cu ildə ilk belə yarışı təşkil edən Uruqvay 2-ci dəfə planetin ən mötəbər yarışını qəbul etmək niyyətindədir. Argentina isə 1978-ci ildə mundiala ev sahibliyi edib. Bu iki komanda ilk yarışın finalında da üz-üzə gəlib və meydan sahibləri çempion tituluna qovuşublar.
Qeyd edək ki, DÇ-2018 Rusiyada, DÇ-2022 Qətərdə keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31