Droqba "Çelsi"yə qayıdır

ABŞ-ın MLS Liqasında oynayan Didye Droqba çıxış etdiyi "Montreal İmpakt" klubunun rəhbərliyinə karyerasını bitirmək qərarına gəldiyini bildirib. Goal.az-a istinadən xəbər verir ki, bu barədə "L'Equipe" nəşri yazıb. Nəşrin yazdığına görə, 37 yaşlı forvard vaxtilə şərəfini qoruduğu "Çelsi"nin yeni baş məşqçisi Qus Hiddinkin köməkçisi olacaq. Droqbanın Çempionlar Liqasının 1/8 finalının PSJ ilə matçına qədər London təmsilçisinin məşqçi qərargahına daxil olacağı gözlənilir. "Montreal İmpackt" və "Çelsi" hələ ki Droqbanın keçidi üçün MLS klubuna ödəniləcək kompensasiya ilə bağlı danışıqlar aparır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31