“Bursaspor”un yeni stadionunun adı “Azərbaycan Arena” ola bilər
7 Yanvar 2016 11:23 İdmanTürkiyənin "Bursaspor" klubunun yeni stadionunun adı "Azərbaycan Arena" ola bilər. Apasport.az-ın sporx.com saytına istinadən məlumatına görə, bunu klub prezidenti postuna namizədlərdən olan Timur Noyan deyib. O bildirib ki, bu ay keçiriləcək seçkilərdən qalib ayrılarsa, yeni stadionun adı "Azərbaycan Arena" ola bilər.
Qeyd edək ki, "Bursaspor"da prezident seçkiləri yanvarın 11-19-u aralığında keçiriləcək. Ötən ayın 21-də Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan tərəfindən açılışı edilən arena 45 min tamaşaçı tutumuna malikdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31